Rusiyada mədəndə yanğın - 118 nəfər təxliyyə edildi

rusiyada-medende-yangin
Oxunma sayı: 635

Rusiyanın Kemerovo bölgəsindəki Erunakovskaya-8” kömür mədənində yanğın baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, yanğın zamanı mədəndə olan 118 nəfər xilasedicilərin köməyi ilə təxliyyə ediliblər.

Məlumata görə, xəsarət alan olmayıb.

Yanğının səbəbi bilinmir. Araşdırma aparılır.