Rüstəm İbrahimbəyov, sən bizi pis yandırdın!

Rüstəm İbrahimbəyov, sən bizi pis yandırdın!
Oxunma sayı: 2804

Azər Qismət

Hələ sovet illərində Rüstəm İbrahimbəyovun “Sovetski ekran” jurnalının ön səhifəsində Sofi Lorenlə olan fotosunu görəndə çox sevinmişdik. Bizim azərbaycanlımız italyan aktrisa ilə bir yerdə id. Və bizim azərbaycanlımızın fotosunun o cür məşhur jurnalın üz səhifəsində sərgilənməsi qürurverici sayılırdı. Onun ssenarisi əsasında çəkilən “Qraçlar” filmi isə bir sıra mükafatlara layiq görüləndə də sevinc hisslərimizi boğa bilməmişdik. Rüstəm İbrahimbəyovun “Günəşdə qərq olanlar” filminin ssenari müəllifi kimi Los-Ancelesdəki kinoteatrların afişalarında yer alması da qəlbimizi isitmişdi. Bu sevinc günlərin birində, onun iddialarından sonrakı bəyanatlarında itib getdi. 

Əgər yazıçının şəxsiyyəti yoxdursa, yazdığı əsərlər də üfunət qoxuyur. Müəllifin şəxsiyyətli olmasının əsas üstünlüyü əsərin səmimi çıxmasına görədir. Ola bilsin ki, yazıçı öz xislətini kənara qoyub oxucuların ürəyindən keçənləri, adi həyat həqiqətlərini dolğun ifadə etməyə çalışsın. Bunu bacarır da. Amma hardasa, hansısa məqamda öz xislətini ortaya qoymalıdır. Elə Rüstəm İbrahimbəyov kimi. Söhbət onun “Qafqaz üçlüyü” filmindən gedir. 

Bir yaradıcı insan, azərbaycanlı kimi Rüstəm İbrahimbəyova ölkəmizdə hər cür şərait yaradılmışdı. Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı laureatı, Xalq yazıçısı, Şöhrət ordeni, Azərbaycan Kinematoqrafçlar İttifaqının sədri və s. və ilaxır. “Şərq-Qərb” kinofestivalına rəhbərlik də ona həvalə edilmişdi. Hərçənd festivalda əsasən təqaüdə çıxan aktyorlar və elə də uğurlu sayılmayan kino ulduzlar iştirak etsə də, bu, adıçəkilən ssenaristə görə bağışlanırdı, bir növ göz yumulurdu. Həmin dost-tanış məclisi adlanan festivalın sonrakı illərdəki reytinqinin aşağı düşməsinin məsuliyyəti məhz Rüstəm İbrahimbəyovun üzərinə düşürdü. Hələ üzə çıxan qara mühasibatlıq faktlarını demirik. Amma "şöhrətli" azərbaycanlımıza görə bunların hamısına göz yumulmuşdu. Rüstəm İbrahimbəyovun neçə il bundan əvvəl qonşuluğumuzda Azərbaycan əleyhinə yaradılan İttifaqın gizli konsepsiyasına dırnaqarası töhfə verməsi də xalqımızın yaddaşından silinməyib. 

Sovet imperiyasından xatirə qalan bu adam öz xalqına qarşı hər cür nalayiq addımlara gedə biləcəyini bütün əməlləri ilə sübut edib. Yetər ki, əmr verilsin. İbrahimbəyovun pula hərisliyindən əlavə, şan-şöhrət yanğısı bax beləcə “Qafqaz üçlüyü” filmində üzə çıxdı. Azərbaycanlıların vəhşiliyi haqqındakı kardlarda nədənsə Bakı ermənilərinə öz evində sığınacaq verən həmyerlilərimiz gözə dəymir. Əgər doğrudan da İbrahimbəyov dırnaqrası həqiqəti deməklə ziyalı mövqeyini ortaya qoyursa, onda Xocalı soyqırımında balaca uşaqların öldürüldüyü də əksini tapmalı idi. Əgər obyektivlik gözlənilirsə, onda Quqarkda boru içində 76 azərbaycanlı uşağın boğulması da göstərilməli idi. Məqsəd eynidir: “Azərbaycanlıların ermənilərə qarşı antipatiyası”. Yəni, cəmiyyətə sırınır ki, azərbaycanlıların iddiası təkcə torpaq faktoru ilə bitmir. Onların ümumiyyətlə erməniliyi yer üzündən silmək fikri var. Elə Dağlıq Qarabağ münaqişəsi də bundan doğub. Başqa sözlə, müəllif ciddi cəhdlə göstərməyə çalışır ki, münaqişənin kökündə ermənilərin işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Nədənsə, belə ssenari Əkrəm Əylislinin ”Daş yuxular” əsəsindəki hadisələrlə oxşarlıq təşkil edir. Orda da Bakıda ermənilərin döyülməsi səhnələri geninə-boluna işlənmişdi. Elə “Qafqaz üçlüyü” filminin əsas leytmotivini də ümimi erməniliyə nifrət tutur. Necə deyərlər, Rusiya Kütləvi İnformasiya Vasitələrinin vaxtaşırı dərc etdikləri məqalələrlə ümumi oxşarlıq. 

“Qafqaz üçlüyü” filmi sifarişdən əlavə, həm də beynəlxalq səviyyələrdə festivalların qalibi olmağa da hesablanıb. Əlbəttə ki, filmin mükafatlarla əhatə olunmasında erməni lobbisi böyük canəfəşanlıq göstərəcək. Ancaq Nikita Mixalkov kimi şəxsiyyətlə də yola gedə bilməyən dırnaqarası azərbaycanlımızın “Oskar” istəyi ürəyində qalacaq. Bu ailə biznesinə çevrilən, bədii keyfiyyətdən tamamilə uzaq olan filmdə aşılanan xalqımıza nifrət nə ssenarist Rüstəm İbrahimbəyova, nə də rejissor Eldar Şengelayanın yanında köməkçi qismində yer alan oğul Fuad İbrahimbəyova mükafat bəxş etməyəcək. Çünki İqor Stoyanovun aktyor fədakarlığının fonunda ümumilikdə film çox zəif çəkilib. O yalnız başqa xalqların bizim xalqa nifrəti, ermənilərə yazığı gəlməsi ilə yadda qalacaq. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi