Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmasından danışdı

saakasvili-ukrayna-vetendasligindan-cixarilmasindan-danisdi
Oxunma sayı: 793

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunmağını qeyri-qanuni adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “CNN” telekanalına intervyusunda bildirib.

Saakaşvilinin sözlərinə görə, bu qərar Ukrayna hakimiyyətinin siyasi rəqibləri aradan qaldırmaq üçün apardığı kampaniyanın bir hissəsidir.

Qeyd edək ki, hazırda eks-prezident ABŞ-dadır. O, daha öncə Ukraynaya qayıtmaq üçün hüquqi yollar axtaracağını bəyan edib.