Sabah duman və çiskin gözlənilir

sabah-duman-ve-ciskin-gozlenilir
Oxunma sayı: 651

Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bəzi yerlərdə duman, səhər saatlarında az çiskinli olacağı gözlənilir.

Nigar Məmmədli