“Qafqazinfo”nun Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.
Bölgələrdə isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Fatimə Kərimli