“Şahdağ” Şahdağa enerji verəcək

sahdag-sahdaga-enerji-verecek
Oxunma sayı: 680

“Azərenerji” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, stansiyada cari ilin iyun ayında 11,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunub. Bu da proqnoz göstəricisindən 800 min kilovatsaata yaxın çoxdur.

2011-ci ilin 6 ayı ərzində burada 119,5 milyon kilovatsaat proqnoza qarşı 123,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarət olan “Şahdağ” elektrik stansiyası 2009-cu ilin sentyabr ayında istifadəyə verilib. İstehsal olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi üçün 110 kilovoltluq II “Quba” hava xəttinin stansiyaya giriş-çıxışının təmin edilməsi məqsədilə 2 kilometr uzunluğunda yeni xətt çəkilib. Burada ümumi gücü 160 meqavolt-amper olan 4 ədəd transformator quraşdırılıb.

Nigar Məmmədli