“Salah oyuna hazırdır” - Baş məşqçi

salah-oyuna-hazirdir
Oxunma sayı: 2023

Misir millisinin baş məşqçisi Ektor Kuper sabah dünya çempionatının qrup mərhələsinin ikinci turunda Rusiyaya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, argentinalı mütəxəssis komandanın əsas qol ümidi Məhəmməd Salahın meydana çıxıb-çıxmayacağına aydınlıq gətirib.

“Salah oyuna hazırdır. Rusiyalılar onu diqqətə alsalar, yaxşıdır. Bu gün onun vəziyyətini bir daha analiz edəcəyik. Onun oynayacağına böyük ümidimiz var”.