Şamaxıda mikroavtobus aşıb, 10 nəfər yaralanıb

samaxida-mikroavtobus-asib-10-nefer-yaralanib
Oxunma sayı: 1392

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, ilkin məlumata görə, bu gün saat 09 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Hazırda yaralılar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Faktla bağlı araşdırma aparılır.