“Şəbnəm pulu qaytarmır” - Canlı efirə gözlənilməz zəng

“Şəbnəm pulu qaytarmır”
Oxunma sayı: 3730

Bu gün müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, canlı efirə telefonla bağlanan Səadət adlı xanım sənətçi haqqında yeni bir iddia səsləndirib. Mağaza sahibəsi Şəbnəmin ona 208 manat borcunun olduğunu söyləyib:

“4-5 il əvvəl Şəbnəm Tovuzlu Bakıxanov qəsəbəsində qalırdı. Mağazamdan alver edirdi, 208 manat mənə borcludur”. 

Müğənni şikayətçinin ittihamlarına əsəbiləşərək cavab verib:

“Yadıma gəldi, Səadət xanım ağbirçəkdir. Mənim qızımın dayəsinin qaldığı evin yanında mağazası var idi. Sizə ayıb olsun, bu qədər hörmət etmişəm. Efirə zəng vurub deyirsiz ki, “Tolik, yanındakı Şəbnəm Tovuzlu var ha”. Sizə 4-5 min manat xeyir verən adamam. Mən sizə 208 yox, 1800 manat verərəm. Bəli, 8 il əvvəl Bakıxanovda qalmışam. Sizdən neçə minlik alver etmişəm, xeyir vermişəm, haramınız olsun. Bu xanımın nömrəsini saxlayın, xahiş edirəm, özüm əlaqə saxlayacam”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi