Səfir prezidentlə görüşdü

sefir-prezidentle-gorusdu
Oxunma sayı: 658

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Uruqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Uruqvay Şərq Respublikasının Prezidenti Jose Mujicaya təqdim edib. Təqdimat mərasimindən sonra keçirilmiş görüşdə öncə M.Əhmədzadə prezident J.Mujicaya Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını bildirib, öz tərəfindən təşəkkür edən Uruqvay prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. M.Əhmədzadə Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsi, ölkəmizin müstəqillik dövründə keçdiyi yol, əldə etdiyi yüksək inkişaf göstəriciləri, regional liderliyi, regional əməkdaşlıq və inteqrasiyada, qlobal enerji təhlükəsilzliyindəki əhəmiyyətli rolu barədə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, xüsusilə də yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, iqtisadi, ticarət, sərmayə sahələrində mövcud əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.