Səfirdən vəhhabilərlə bağlı ittihamlara- - Sərt açıqlama

sefirden-vehhabilerle-bagli-ittihamlara-
Oxunma sayı: 4131


“28.01.2014-cü il tarixində saytınızda dərc olunan məlumatlarddan birində ölkəm, Səudiyyə Ərəbistanı Krallığı barəsində həqiqətə uyğun olmayan səhv açıqlama yayılmışdır. Məlumatda qeyd olunur ki, Azərbaycandakı radikal dini cərəyanlar birbaşa Səudiyyə Ərəbistanından maliyyələşir. Cavab hüququmuzdan istifadə edərək, bu əsassız iddianı təkzib edirik. Səudiyyə Ərəbistanı Krallığı dünyanın heç bir ölkəsinin daxili işlərinə qarışmır və heç bir radikal, ya da terrorçu qrupu bu və ya digər şəkildə dəstəkləmir. Əksinə, Səudiyyə Ərəbistanının özü dünyada terrordan ən çox əziyyət çəkən bir ölkə kimi bütün beynəlxalq təşkilatlar çərçivəsində terrorizmlə mübarizəyə dəstək verərək, bu bəlanın qarşısının alınması və onunla mübarizə işində mühüm refgional və beynəlxalq təşəbbüslərlə çıxış etmişdir. Məhz bu səylərin nəticəsidir ki,  2005-ci ilin avqustunda ər-Riyad şəhərində terrorizmlə mübarizəyə həsr olunmuş böyük bir beynəlxalq konfrans keçilib, bir çox önəmli qərar və tövsiyyələrin qəbul edilməsinə nail olunub.  Böyük uğur qazanan bu konfransın iştirakçıları yekdilliklə bəyan ettmişdilər ki, terrorun dini və dövləti olmur. Eyni zamanda iştirtakçılar dünya dövlətlərini terror, ekstremizm, zorakılıq hallarının qarşısının alınması üçün beynəlxalq əməkdaşlığı gücləndirməyə, bunun üçün müvafiq hüquqi baza və qanunları təkmilləşdirməyə, əlaqədar qurumlar, kütləvi informasiya vasitələri, təlim proqramları və sairədən istifadə edərək, yüksək humanizm dəyərlərinin, tolerantlıq və birgə yaşayış ruhunun təbliğatına çağırmışdılar. Bu konfransın ən gözəl bəhrələrindən biri, iki müqəddəs Məscidin xadimi kral Abdullah bin Əbdüləziz Al Səudun təklifi ilə BMT-nin tərkibində Terrorla Mübarizə üzrə Beynəlxallq Mərkəzinin təsis edilməsi oldu. Əlahəzrət Kral bu Mərkəzin effektiv fəaliyyəti üçün ora 100 milyon dollar həcmində maliyyə yardımı ayırmışdır. Bütün bunlar bir daha təsdiq edir kki, Səudiyyə Ərəbistanı Krallığı dünyanın hər yerində hər cür terror, ekstremizm və zorakılığın əleyhinədir və bunlara qarşı var gücü ilə mübariizə aparır”.

***

Xatırladaq ki, səfirin nəzərdə tutduğu həmin açıqlamanı Modern.az saytına QMİ sədri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə verib. O, son günlər Allahşükür Paşazadəyə qarşı yayılan kompramatlara münasibət bildirərkən bunların Azərbaycandakı vəhhabilər tərəfindən dövrüyyəyə buraxıldığını vurğulayıb.  

“Bu adamlara vəsaitin haradan ayrıldığı bilinir. Onlar birbaşa Səudiyyə Ərəbistanından maliyyələşir”. 

Qeyd edək ki, yanvarın 28-də QMİ sədri Allahşükür Paşazadənin Azərbaycandan radikal dini cərəyanların təbliğ etdiyi ideyaların təhlükəsindən danışıb. Əsasən vəhhabilik, xəvaricilik, sələfilik, nurçuluq, təkfirçilik cərəyanlarının adlarını çəkib.