Şəhid polkovnikin oğlu da imtahan verdi

Şəhid polkovnikin oğlu da imtahan verdi
Oxunma sayı: 58

Aprel şəhidi, polkovnik Raquf Orucovun oğlu Aqşin Orucovun tələbə adını qazanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, yayılan məlumatlarda onun 600 bal yığması vurğulanır.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün şəhidin xanımı Sevinc Orucova ilə əlaqə saxlayıb. O qeyd edib ki, sosial şəbəkələrdə qeyd olunduğu kimi oğlum 600 bal yığmayıb: “ Amma onu   hədəfi 600 bal yığmaq idi. Buna görə məyus olub. Hazırda 550 civarında bal toplayıb. İkinci turun imtahan sualları çox  çətin idi. 

Aqşinin arzusu İqtisadiyyat Universitenin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmaqdır. ADA Universitetində ballar aşağı düşsə, oranı da seçə bilər. İxtisas seçimi hələ iyulun 27-də olacaq”.

Günel Türksoy



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi