Şəmkirdə qəza oldu, ölən və yaralananlar var

semkirde-qeza-oldu-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1625

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Vaz 2107" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb,  biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralananlardan qadın - 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı  xəstəxanaya yerləşdirilib. Qadının ərinə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli