Şəmkirdə qəza: ölənlər var

semkirde-qeza-olenler-var
Oxunma sayı: 645

FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 340-cı kilometrliyində, Şəmkir rayonu ərazisində "VAZ" və "KİA" markalı minik avtomobilləri toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan iki nəfər hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 19.45-də başa çatıb.