Sərnişin avtobusu qəzaya düşdü

sernisin-avtobusu-qezaya-dusdu
Oxunma sayı: 640

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, avtobus dərinliyi, təxminən, 40-50 sm olan çalaya düşüb. Nəticədə, avtobus xarab olub, sürücü və içərisində olan 42 sərnişin yolda köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sərnişinlərin avtobusdan düşməsinə kömək edib və onların təhlükəsiz yerə aparılmasını təşkil ediblər. Xilasedicilər, həmçinin, xarab olaraq yolda qalmış Bakı-Gəncə şəhərlərarası sərnişin avtobusunda köməksiz vəziyyətdə qalmış 4 nəfər vətəndaşa da zəruri köməklik göstəriblər.