Sərxoş maşın sürən şəxs iki nəfəri öldürdü

serxos-masin-suren-sexs-iki-neferi-oldurdu
Oxunma sayı: 2734

Sumqayıtda sərxoş sürücü iki nəfərin ölümünə səbəb olmaqda ittiham edilərək həbs edilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, martın 12-də saat 02 radələrində Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671  dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobil toqquşub.

Nəticədə E.Həsənov və sərnişini Quliyev Vüsal Vidadi oğlu hadisə yerində həlak olub.

Fakt görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi  başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd