Şeyxülislama kilsənin I dərəcəli ordeni verilib

seyxulislama-kilsenin-i-dereceli-ordeni-verilib
Oxunma sayı: 666


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, patriarx Kiril bildirib ki, Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədədir. 

Heç bir xarici təsir Azərbaycan və Rusiya xalqlarının xoş münasibətlərini poza bilməz. “Bu işdə Qafqazın dini lideri kimi sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Siz daim düşünülmüş mövqeyinizlə həm pravoslav xristianlara, həm də müsəlmanlara problemlərin həllində yardımçı olursunuz”, - deyə patriarx Kiril qeyd edib. Patriarx əmin olduğunu bildirib ki, budəfəki görüş də xalqlarımız və dindarlarımız üçün faydalı olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. A.Paşazadə qeyd edib ki, böyük rus xalqının nüfuzlu din xadimlərinin məsləhətlərinə daim ehtiyac var.

Şeyxülislam Azərbaycan və Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə patriarx Kiril dinlərarası əməkdaşlığa töhfəsinə görə və anadan olmasının 65 illiyi münasibətilə şeyxülislam Allahşükür Paşazadəni rus pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeni ilə təltif edib.