Tarixi stadion sökülür

tarixi-stadion-sokulur
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, mövsümün sonunda söküləcək stadionun yerində daha mükəmməl stadion inşa olunacaq. Sabah “Beşiktaş” bu stadionda son matçına çıxacaq. 1947-ci ildən etibarən tikilib istifadəyə verilən bu tarixi stadion artıq son dəfə çılğın “Beşikatş”lıları qəbul edəcək.

“Qara qartal” “İnönü”də “Gənclərbirliyi” komandasını qəbul edəcək. “İnönü”dəki son oyununu qələbə ilə başa vurmaq istəyən İstanbul nəhəngi azarkeşləri üçün vəda matçı hazırlayıb. Hazırda 55 xalla 3-cü yerdə olan “Beşiktaş” qələbə qazanmaqla,58 xalla ikinci sırada olan “Fənərbaxça” ya çatmağı hədəfləyir.