Tibb Universitetinin yataqxanasındakı yanğının- - Videosu

tibb-universitetinin-yataqxanasindaki-yanginin-
Oxunma sayı: 1582


Yanğın məhz yataqxananın 404 saylı otağında baş verib və nəticədə otaqda bütün əşyalar yanaraq külə dönüb. 

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, yanğın zamanı dəhlizdə olan 2 nəfərin halı pisləşib.

Yataqxana sakini, Yasef Qulami: “Yanğının tüstüsü ilə eşiyə çıxdıq, nəfəs almaq olmurdu. Çıxanda qızların ikisi nəfəs problemi yaşadılar, sonra yataqxananı boşaltdılar”. 

Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanadan buraxılıblar. 

Tibb Universitetinin işçisi Cahangir Qasımov: “Burada problem 404-cü otaqda olmuşdu, həmin vaxt tələbə otaqda olmayıb, görünür otaqda qısa qapanma olub. Təbii ki, yataqxananın təmirə ehtiyacı var”

Baş verən yanğını qısa zamanda söndürən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının baş vermə səbəblərini araşdırır.