Trampdan Çinə daha bir zərbə

trampdan-cine-daha-bir-zerbe
Oxunma sayı: 1388

ABŞ prezidenti Donald Tramp komandasına Çindən idxal edilən 300 milyard dollar dəyərində məhsullara yüksək gömrük rüsumu tətbiq etməyə başlamaları haqda tapşırıq verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki,  bu haqda ABŞ-ın ticarət üzrə nümayəndəsi Robert Laythayzer jurnalistlərə açıqlamasında bildirib.

“Prezident bizə bütün qalan Çin məhsullarına rüsumu artırmağımız haqda göstəriş verib. Onların ümumi dəyəri təxminən 300 milyard dollar təşkil edir” – deyə, dövlət rəsmisi qeyd edib.

Xatırladaq ki, Çindən ABŞ-a idxal edilən 200 milyard ABŞ dolları dəyərində olan məhsulların gömrük rüsumunun artırılması hələ cari ilin 1 yanvar tarixinə planlaşdırılırdı, amma dəfələrlə təxirə salınırdı. Bu qanun layihəsi mayın 10-da isə qüvvəyə minib.

Belə ki, ABŞ hökuməti təxminən 200 milyard dollar məbləğində Çin mallarına qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb.