Trampın seçki kampaniyası təbliğatçısı həbs edildi

trampin-secki-kampaniyasi-tebligatcisi-hebs-edildi
Oxunma sayı: 1108

Ötən il ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi ilə bağlı aparılan istintaq çərçivəsində Donald Trampın seçki kampaniyası təbliğatçısı Pol Manafort tutulub.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Manafort, haqqında həbs qərarı çıxarıldıqdan sonra Federal Təhqiqat Bürosunun (FBI) Vaşinqtondakı binasına gedərək təslim olub.

Onunla yanaşı keçmiş biznes şəriki Rik Qeyts də eyni addımı atıb.

Qeyd edək ki, Manafort haqqında 12 maddə üzrə cinayət işi açılıb.