Tuba Fahriyeni geridə qoydu

tuba-fahriyeni-geride-qoydu
Oxunma sayı: 3279

Tuba Büyüküstün bu həftə İMD-də (Internet Movie Database) türk aktrisalar arasında birinci olub.  O, beynəlxalq səsvermə saytında ilk 1000 aktrisa sırasına daxil olaraq Fahriye Evcenin əldə etdiyi zirvəni əlindən alıb. 

Tuba 10 mindən çox kino ulduzlarının yer aldığı sıralamada 978-ci sırada qərarlaşıb.  O, 2017-ci ildən bu yana ən yaxşı nəticəni əldə edən aktrisa olub. Bundan əlavə, Büyüküstün “Sosipol” nəticələrinə görə, 54-cü sırada öz yerini tutub. 

Bu məqamda bildirək ki, İMD milyonlarla film, serial, animasiya, aktyor-aktrisa, TV proqramları yerləşdirilən bir portaldır. 

Səsvermə nəticəsində ən yaxşılar müəyyənləşdirilir və siyahı açıqlanır. Portalın 70 milyondna çox izləyicisi var.