Türk ordusundan açıqlama - Yayılan xəbərlər yalandır

turk-ordusundan-aciqlama
Oxunma sayı: 2615

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində aparılan Zeytun Budağı əməliyyatı zamanı xəstəxananın bombalanması xəbərinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Baş qərargahdan verilən açıqlamada, Zeytun Budağı əməliyyatının mülki şəxslərə və ətraf mühitə qətiyyən zərər verilməyəcək şəkildə aparıldığını vurğulayıb.

“Türk Silahlı Qüvvətləri tərəfindən Afrində xəstəxananın bombalanmasına dair yayılan xəbərlər yalandır və həqiqəti əks etdirmir”,-deyə məlumatda bildirilir.