Türkiyədən Bərzani hökumətinə xəbərdarlıq: - “Əgər referendum keçirilsə...”

turkiyeden-berzani-hokumetine-xeberdarliq
Oxunma sayı: 1627

Türkiyənin Baş naziri Binəli Yıldırım İraq Kürd Regional Hökumətinin 25 sentyabrda keçirmək istədiyi referendumla bağlı sərt danışıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Yıldırım Suriya və İraq ərazisində yeni dövlət qurmağa cəhd edilərsə, sərt şəkildə qarşılıq veriləcəyini bildirib.

O deyib ki, Türkiyədə referendumun keçirilməsinə qarşıdır və bu məsələdə qərarlıdır:

“Lazımi xəbərdarlıqlar artıq edilib. Əgər təkidimizə düzgün cavab verilməsə, lazımi addımları atacağıq”, - deyə baş nazir sözlərinə əlavə edib.