Türkiyənin Baş naziri İlham Əliyevə təşəkkür etdi

turkiyenin-bas-naziri-ilham-eliyeve-tesekkur-etdi
Oxunma sayı: 2535

Türkiyənin Baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Yıldırım verdikləri dəstəyə görə Əliyev və Kvirikaşviliyə təşəkkür edib.

O, dəmir yolu xəttinin xeyirli olacağına ümid etdiyini deyib.

Qeyd edək ki, oktyabrın 30-da Bakıda Azərbaycan və Türkiyə prezidentləri, həmçinin Gürcüstan Baş nazirinin iştirakı ilə təntənəli açılış mərasimi keçiriləcək.