Unibank filialları şənbə günləri də işləyir

unibank-filiallari-senbe-gunleri-de-isleyir
Oxunma sayı: 2270

Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən müştərilər, şənbə günləri də bank filiallarına müraciət edə bilərlər. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə  yerləşən 5 filialı- “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə  sonu  saat 10.00-dan 14.00-dək müştərilərin üzünə açıq olacaq.  

"Qafqazinfo"nun məlumatına görə, şənbə rejimində işləyən filiallar müştərilərə  kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərərcək. 

Unibank-ın 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində  böyük endirim kampaniyası davam edir. Sentyabrın 15-dək Unibank-a müraciət edən ölkə vətəndaşları bankın ad günü münasibəti ilə aşağıdakı endirimləri əldə edə bilərlər: 

- Avqustda ad günü olan müştərilərə xüsusi endirim paketi: 0% komissiyalı nağd kreditlər,  debet kartlara və depozit qutularının icarəsinə 25 %-lik endirim; 

- Depozit təminatı ilə verilən kreditlər komissiyasız;

- Bütün müştərilər üçün nagd kreditlərdə komissiya endirimi- komissiya cəmi 1 % (min. 10 AZN)

- Unibank kartları ilə alış-veriş zamanı bəzi mağazalarda 30%-lik  cashback.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!