“Uşağı da gətirdim ki, özümlə türməyə aparım”

“Uşağı da gətirdim ki, özümlə türməyə aparım”
Oxunma sayı: 1923

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən həkim Samirə Mansurova və Təhsil Nazirliyinin əməkdaşı Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə çıxışlar mərhələsi keçirilib.
Təqsirləndirilən A.Bağırova son söz demək üçün vaxt istəyib və bildirib ki, zərərçəkənlərə dəyən maddi ziyanı ödəmək istəyir. 

Hakim A.Bağırovaya azyaşlı uşağını məhkəməyə gətirməmək barədə göstəriş verib. O isə həbsə göndəriləcəyini düşündüyü üçün belə etdiyini deyib: “Elə bildim bu gün hökm oxunacaq, mən də zalda həbs edilib, türməyə göndəriləcək. Ona görə uşağımı özümlə gətirdim ki, onu da özümlə apara bilim”.

Hakim ona çıxış üçün vaxt verib. Proses oktyabrın 24-də davam etdiriləcək.

İttihama görə, hər iki şəxs vətəndaşlardan işə düzəltmək adı ilə pul alaraq mənimsəyiblər. Həkim S.Mansurova həbs edilsə də, A.Bağırova ev dustaqlığındadır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi