“Varis” hakimiyyəti hərbiçilərlə böləcək

varis-hakimiyyeti-herbicilerle-bolecek
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, onun hakimiyyəti hərbi rəhbərliklə bölüşəcəyi barədə “Reuters”ə Çindəki anonim mənbə danışıb.

Agentliyin mənbəyinin sözlərinə görə, keçmiş diktatorun 65 yaşlı kürəkəni Çan Con Txek “varis”ə sədaqətli olacağı barədə and içib. Mənbə Şimali Koreyada hərbi çevrilişin perspektivini ağlasığmaz hesab edib.


Dekabrın 19-da Şimali Koreya kiçikmənzilli raketlərinin sınağını həmin mənbə güc nümayişi adlandırıb.

1994-cü ildən ölkəyə rəhbərlik etmiş Kim Çen İrin ölümünü Şimali Koreya televiziyası dekabrın 19-da elan etmişdi. Rəsmi informasiyaya görə, 69 yaşlı lider dekabrın 17-də ürək tutmasından ölüb.

Xatırladaq ki, Kim Çen İrin dəfni dekabrın 28-ə planlaşdırılıb.