Xuan Manuel Santos xərçəngə tutuldu

xuan-manuel-santos-xercenge-tutuldu
Oxunma sayı: 639

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kolumbiya prezidenti Xuan Manuel Santos prostat xərçənginə tutulub. Kolumbiya prezidenti yaranan şişi aradan qaldırmaq üçün gələn həftə əməliyyat olunacaq.

Xəstəliyi ilə bağlı dövlət televiziyasında çıxış edən Xuan Manuel Santos bildirib ki, əməliyyatdan sonra sağ qalmaq şansları çox böyükdür: "Bu, mənim öhdəsindən gələ biləcəyim həyat imtahanlarından biridir. Gələn həftə əməliyyat olunacam. Xəstəliyim vaxtında müəyyən edilib. Əməliyyatdan sonra sağ qalmaq ehtimalım da çox böyükdür."

Maraqlısı isə odur ki,ABŞ-la problemi olan Kolumbiya prezidenti də həmkarlarının aqibəti ilə üzləşir. Xuan Manuel Santosa qədər Venesuella prezidenti Uqo Çavez, Braziliya prezidenti Dilma Rousseff, Paraqvay prezidenti Fernando Luqo və Kuba lideri Fidel Kastro da xərçəng xəstəliyindən əziyyət çəkir.
Latın Amerika ölkələrində dövlət başçılarının bir çoxunun bu xəstəlikdən əziyyət çəkməsi, onların beynəlxaq tədbirlərdə müəyyən həblər və ya digər maddələrlə virusa yoluxdurulmasını istisna etmir.