Yalançı kampaniya dayandırıldı

yalanci-kampaniya-dayandirildi
Oxunma sayı: 2286

 

QKDK-nin İctimaiyyətlə əlaqələr sektorundan "Qafqazinfo"ya daxil olan xəbərə görə, bununla əlaqədar, keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilib. QKDK "İrşad Telekom" ticarət şəbəkəsində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Xatırladaq ki, bir neçə gün əvvəl “İrşad Telekom”un sözügedən kampaniyası ilə bağlı “Qafqazinfo”şikayət məktubu dərc etmişdi. Şikayətçi  Həsən Babayev şirkətin bu kampaniya ilə müştəriləri aldatdığını bildirmişdi.

Həmin yazını bu linkdən Möhtəşəm olmayan yeni il kampaniyası – “İrşad Telecom” oxuya bilərsiniz.