Yəmən prezidenti qayıtdı

yemen-prezidenti-qayitdi
Oxunma sayı: 667

“Qafqazinfo”nun “Reuters”ə istinadən əldə etdiyi məlumata görə, bu barədə sentyabrın 23-də Yəmən dövlət televiziyası xəbər yayıb.
Saleh Yəməndə baş verən üsyanlarda Sənada prezident sarayında baş vermiş partlayış nəticəsində yaralandığı üçün bu ilin iyunun 4-dən Səudiyyə Ərəbistanında müalicə olunurdu. Hökumət əleyhinə çıxışlar bu ilin yanvarında başlayıb, Yəmən prezidentinin ölkədə olmadığı müddətdə də davam etdirilib.
France-Presse” agentliyinin məlumatına görə, son həftə ərzində Yəməndə nümayişçilər və hökumət qüvvələri arasında baş verən toqquşmalarda 100-dən artıq insan həlak olub. Hüquq müdafiə təşkilatlarının məlumatında yanvar ayından bu günədək Yəməndə 1600-dən çox insanın həlak olduğu bildirilir.