Dünyanın bir çox yerində “YouTube” videoservisinin işində problemlər yaranıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə internet-resursların işini izləyən "Downdetector" məlumat yayıb.
Məlumata əsasən, problemlər aprel 2-si saat 22:55-dən başlayıb. Problemlərin olduğunu ABŞ-da, Kanadada, Braziliyada, Almaniyada, İsveçdə, Böyük Britaniyada, İtaliyada, İspaniyada, Fransada, Belarusda, Ukraynada, Rusiyada bildirirlər.
“YouTube” bununla bağlı Tvitter hesabında açıqlama yayaraq problemin aradan qaldırılması üçün çalışdıqlarını bildirib.
Son xəbərlər
Son Xəbərlər