Yunan deputatlardan Qurana hörmətsizlik-Video

yunan-deputatlardan-qurana-hormetsizlik-video
Oxunma sayı: 674

Milli.Az "Habertürk"ə istinadən bildirir ki, neonasist partiyasından olan 21 deputat parlamentin türk deputatlarının Qurani-Kərimdə and içməyə başlamalarından sonra reqlamentə uyğun olaraq, ayağa qalxmayıblar.

Halbuki parlamentdəki xristian deputatların andiçmə mərasimində türk deputatlar ayaq üstə idilər.

Yunanıstan parlamentinin yeni heyətində Qərbi Trakyadakı türklərin təmsilçisi, PASOK üzvü Ahmet Hacıosman, habelə Radikal Sol Koalisiyasının (SİRİZA) üzvləri Hüseyn Zeybek və Ayhan Karayusuf təmsil olunublar.