Zakir Həsənovdan şikayət etdi

zakir-hesenovdan-sikayet-etdi
Oxunma sayı: 2207


"Qafqazinfo" xəbər verir ki, o, bu barədə Facebookda status yazıb:

"Avqustun 11-də Respublika Hərbi Prokurorluğunda vəzifə səlahiyyətlərini aşdığına və Azərbaycan xalqına yanlış məlumat verdiyinə görə müdafiə naziri general-polkovnik Zakir Əsgər oğlu Həsənov və onun tabeliyində olan bir neçə vəzifəli şəxsə cinayət işi başlanması məsələsinə baxılacaqdır. Bununla əlaqədar olaraq mən rəsmi muraciətimdə Baş Prokurorun müavini-Respublika Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin adına iyul ayında Ərizə ünvanlamışdım. Artıq müraciətin araşdırılması haqqında qərar qəbul edilib. Araşdırmaya, müdafiə naziri Zakir Həsənovun, MN Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlının, həmçinin MN-nin rəsmisi general-leytenant Çingiz Məmmədovun, SQ-in Baş İnspeksiyasının sabiq rəisi general-mayor Məmməd Beydullayevin, Hüquq İdarəsinin rəisi Rauf Kişiyevin və bir neçə digər vəzifəli şəxslərin cəlb edilməsi gözlənilir. Məsələnin nə ilə nəticələnəcəyini isə, günün ikinci yarısında hörmətli həmkarlarıma və ictimaiyyətə açıqlayacağam".