Azad Rəhimovu təəccübləndirən hədiyyə - Fotolar

azad-rehimovu-teeccublendiren-hediyye
Oxunma sayı: 6334

Gənclər və idman naziri Azad Rəhimova babasının tarixi fotosu hədiyyə edilib. “Qafqazinfo” xəbər verir ki, nazirə hədiyyəni jurnalist Ruslan Rəhimov təqdim edib. O, Azad Rəhimova babası Sadiq Rəhimovun 1958-ci ildə Moksvada Kremldə çəkilmiş fotosunu verib. 

Qədim fotoların kolleksiyası ilə məşğul olan Ruslan Rəhimov, fotonun SSSR pambıqçılarının ümumittifaq qurultayında çəkildiyini bildirib. Fotoda qurultayda iştirak edən azərbaycanlı pambıqçılar, Azərbaycan Kommunist Partiyasının birinci katibi İmam Mustafayev və Azərbaycan SSR nazirlər Sovetinin sədri Sadiq Rəhimov əks olunub.

Qeyd edək ki, Azad Rəhimovun babası Sadiq Rəhimov, Sovet Azərbaycanında önəmli vəzifələrdə çalışıb. O, 1954-58-ci illərdə Azərbaycan SSR nazirlər Sovetinin sədri, 1965-75-ci illərdə isə Yüngül Sənaye Naziri vəzifələrində çalışıb.