Nazir Şirvanda vətəndaşlarla görüşəcək

nazir-sirvanda-vetendaslarla-gorusecek
Oxunma sayı: 682

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəh, Xəqani küçəsi-1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Şirvan - 055-333-40-04

Hacıqabul - 055-797-76-96

Neftçala - 050-320-42-42

Saatlı - 055-211-56-50

Sabirabad - 050(55)-206-86-77

Salyan - 055-200-66-65