Avtobus 22 yaşlı piyadanı vuraraq öldürdü

avtobus-22-yasli-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 959


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün  saat 16:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. 

Yolu keçmək istəyən piyadanı - Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 22 yaşlı Yusif Güloğlan oğlu Qasımovu  “PAZ” markalı avtobus vurub. Ağır bədən xəsarətləri alan Yusif Qasımov Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi və avtobus sürücüsünün şəxsiyyəti hələlik  məlum deyil. Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.