“Oksigen”lə bağlı cinayət işi açıldı

-oksigenle-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 6545

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu haqda Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.