“İran Hörmüz boğazına yerləşdirdiyi minaları tapa bilmir”

iran-hormuz-bogazina-yerlesdirdiyi-minalari-tapa-bilmir
Oxunma sayı: 890

İranın Hörmüz boğazına yerləşdirdiyi minaları tapa bilmədiyi iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu “The New York Times” qəzetinə adları açıqlanmayan ABŞ rəsmiləri bildiriblər.

Mənbələr İranın Hörmüz boğazına yerləşdirdiyi bütün minaları tapa bilmədiyini və buna görə də boğazı daha çox gəmi trafikinə aça bilmədiyini iddia ediblər.

Vurğulanıb ki, İran yerləşdirdiyi minaları “təmizləmək üçün imkanlara malik deyil”.

İranın yerləşdirdiyi hər bir minanın yerinin qeydə alınıb-alınmadığı dəqiq olmasa da, yerlərin qeydə alındığı təqdirdə belə, bəzi minaların sürüşməyə və ya yerdəyişməyə imkan verəcək şəkildə yerləşdirildiyi irəli sürülüb.