Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Astara magistralının rayonun Quyuçu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ” və “Hyundai” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib, müalicələri xəstəxanada davam etdirilir.
Faktla bağlı aidiyyəti araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər