“07”də xəsarət alan sürücü öldü

07de-xesaret-alan-surucu-oldu
Oxunma sayı: 1264

Ağdaşda qəzada xəsarət alan gəncin həyatını xilas etmək mümkün olmayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 12-də Ağdaş rayonunun Yenikənd kəndi ərazisində baş verib.

“Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “07”nin sürücüsü, 23 yaşlı Sərvan Hüseynov ağır xəsarət alıb. Sürücü aldığı xəsarətlərdən bu gün xəstəxanada ölüb.