10-cu dəfə baba oldu

10-cu-defe-baba-oldu
Oxunma sayı: 753

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın 10-cu nəvəsi dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, onun qızı Sümeyye Erdoğan Bayraktar və həyat yoldaşı Selçuk Bayraktarın üçüncü övladı doğulub.

Ərdoğan yeni doğulan nəvəsini görmək üçün xəstəxanaya baş çəkib. Prezident burada qızı və nəvəsinin səhhəti ilə bağlı məlumat alıb, Bayraktar ailəsini təbrik edib.

Xəstəxana ziyarəti zamanı prezidentə həyat yoldaşı Emine Erdoğan da müşayiət edib.

Qeyd edək ki, Sümeyyə və Səlcuq Bayraktar cütlüyünün ilk övladı 2017-ci ildə dünyaya gəlib və ona Canan Aybüke adı verilib. Cütlüyün ikinci övladı isə 2024-cü ildə doğulub və Asım Özdemir adı ilə adlandırılıb. Yeni doğulan körpə ailənin üçüncü övladıdır.