“Azərsun Holdinq”in dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, YAŞAT Fondu ilə birgə uşaqlar üçün silsilə əyləncə tədbirləri təşkil edilib.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan, həssas sosial qruplara aid uşaqların bayram sevincini bölüşmək, onların asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi və mənəvi rifahının yüksəldilməsinə töhfə vermək olub.
Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi və hərtərəfli inkişafına dəstək göstərilməsi istiqamətində həyata keçirilən layihələr gələcək dövrdə də davam etdiriləcək. Bu kimi təşəbbüslər cəmiyyətin həssas təbəqələrinə diqqət və qayğının artırılması, uşaqların daha xoşbəxt və firavan gələcəyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.




Son xəbərlər
Son Xəbərlər