37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı

37-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 657

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Taleh Qurbanov bacısının əri, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Taleh Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı