Qazaxıstanda yeni konstitusiya referendumunda 102 yaşlı qadının iştirak etməsi maraqla qarşılanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ən yaşlı seçicilərdən biri olan qadının seçki məntəqəsinə getməsi hərarətlə qarşılanıb.
Seçki məntəqəsinin rəsmiləri ona fəal vətəndaş mövqeyinə görə təşəkkür edib və cansağlığı arzulayıblar. Bununla belə, komissiya üzvlərindən biri adət olduğu kimi, standart arzu ilə çıxış edərək, “100 yaşa”, - deyib.
Son xəbərlər
Son Xəbərlər