Keçmiş UFC çempionu Konor Makqreqor yenidən döyüşə qayıdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UFC-nin rəhbəri Dana Uayt instaqram hesabında paylaşım edib.
Məlumata görə, o, iyulun 11-də Las-Veqasda keçiriləcək UFC 329 turnirində amerikalı döyüşçü Maks Hollouey ilə qarşılaşacaq.
Döyüş Las-Veqasdakı T-Mobile Arenada keçiriləcək.
Bu, onların ikinci döyüşü olacaq.
Qeyd edək ki, onlar ilk dəfə 2013-cü ildə qarşılaşıblar və həmin vaxt Makqreqor qalib gəlib.
Son xəbərlər
Son Xəbərlər