14 yaşlı oğlan da qızılcadan öldü - Yenilənib

14-yasli-oglan-da-qizilcadan-oldu
Oxunma sayı: 4717

Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini, 2010-cu il təvəllüdlü İbayev Yusif Bəhruz oğlu qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, vəfat edib.

İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.

Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib. Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

***

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, Cəlilabad rayon Alar kənd sakini 2010-cu il təvəlüdlü şəxs yanvarın 24-də saat 22:15 radələrində dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub: "Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə 06.02.2024-cü il tarixində vəfat edib”.