14 yaşlı oğlan və 32 yaşlı qadın dəm qazından öldü

14-yasli-oglan-ve-32-yasli-qadin-dem-qazindan-oldu
Oxunma sayı: 2780

Siyəzəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 2010-cu il təvəllüdlü Asim Muradov yaşadığı evin hamam otağında olarkən dəm qazından boğularaq vəfat edib.

Oxşar hadisə Xaçmazda da baş verib. Paytaxt sakini 1992-ci il təvəllüdlü Nuranə Şıxəliyeva Xaçmaz şəhərindəki mənzilin hamam otağında dəm qazından dünyasını dəyişib.

Hər iki fakt üzrə aidiyyəti rayonların prokurorluqlarında araşdırma aparılır.