14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi - Foto+Video

14-yasli-qizi-oldurub-anasini-bicaqlayan-omurluk-mehkum-edildi
Oxunma sayı: 5860

Qeyri-rəsmi münasibətdə olduğu Əfsanə Şadatovaya xəsarət yetirməkdə onun 14 yaşlı qızı Günay Şadatovanı öldürməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Z.Babayev təkrar qəsdən adam öldürməkdə və yetkinlik yaşına çatmayan şəxsi zorlamaqda təqsirli bilinərək ömürlük məhkum edilib.

O, qalan ömrünü həbsxanada keçirəcək.

Bu xəbəri rus dilində oxuyun: Насильник и убийца 14-летней девочки получил пожизненный срок

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Həmin gün 43 yaşlı Əfsanə Şadatovaya bıçaqla xəsarət yetirilməsi, onun 14 yaşlı qızı Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 42 yaşlı Zaur Babayev saxlanılıb.

Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə),120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 149.2.4, 149.2.5-ci (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.

Sail Ağasəlim