“Hazırda 300 milyondan çox insan evsiz şəraitdə yaşayır”

hazirda-300-milyondan-cox-insan-evsiz-seraitde-yasayir
Oxunma sayı: 266

“Bu gün elə bir dövrdəyik ki, dünyamız dəyişir, yeni imkanlar formalaşır. Bu qlobal platformanı, gözəl imkanı yaratdığına görə Azərbaycan hökumətinə təşəkkür edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-lə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda dünyada 3 milyona yaxın insan qeyri-adekvat şəraitdə, 300 milyondan çox insan evsiz şəraitdə yaşayır: “Bu, sistemli qlobal böhrandır. Bu çətinliklər artıq bir-birindən ayrı deyil, struktural çətinlikləri üzə çıxarır.

Yaşayış yerləri insan hüququdur və bu məsələ 2030-cu ilin dayanıqlı inkişaf məqsədlərinin 11-ci məqsədidir. Burada əsas mesajımız yaşayış yerlərinin şəhərsalmanın mərkəzində dayanmalı olmasıdır. BMT-nin Baş Assambleyası tərəfindən forum təşkil edildikdən sonra bu, urbanizasiya ilə bağlı əsas platformaya çevrilib. Bu gün Bakıda toplaşaraq Azərbaycanın rolunu daha aydın görürük. WUF13 indiyə qədər baş tutmuş ən böyük sessiyadır. Bu tədbirdə 34 mindən çox şəxs qeydiyyatdan keçib”.

Rossbax həmçinin qeyd edib ki, Bakıdakı forum hərəkətə çağırışla başa çatacaq.

Günel İbrahimova